Bu gün təltif olunan generallar kimlərdir?- DOSYE

Xəbər verdiyimiz kimi, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif olunublar.

Bizim.Media təltif olunan generalların dosyesini təqim edir:

Namiq İslamzadə

General-leytenant İslamzadə Namiq Sərəfruz oğlu 7 may 1974-cü ildə Bərdə rayonunda anadan olub.
 

1991-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra 1996-cı ilədək Türkiyə Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib. 2011-2013-cü illər ərzində Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb. 1996-cı ildən Azərbaycan Hərbi Hava Qüvvələrində təyyarəçi, baş təyyarəçi, aviasiya manqasının komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, aviabaza komandiri kimi müxtəlif vəzifələrdə xidmət edib.


2019-2024-cü illər ərzində Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 25.06.2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 25.06.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 02.02.2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  Azərbaycan Respublikasının yubiley medalı, 07.11.2025-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

23.09.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.

Ailəlidir. Üç övladı var.

Ələkbər Cahangirov

Ələkbər Məhəmməd oğlu Cahangirov Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub.

Azərbaycan Ordusunun polkovniki rütbəsində olarkən 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi hissə komandiri olaraq iştirak edib. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.


Bundan əlavə, Prezidentin müvafiq Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları, o cümlədən Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr komandanı təyin edilib. 7 noyabr 2024-cü ildə ona general-mayor ali hərbi rütbəsi verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Xanımı Messini belə təbrik etdi – FOTO

Xanımı Messini belə təbrik etdi – FOTO

Prezidentdən Şuşa şəhərindəki abidələrlə bağlı FƏRMAN

Prezidentdən Şuşa şəhərindəki abidələrlə bağlı FƏRMAN

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

Yalçın Rəfiyev və Samir Şərifovafövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Yalçın Rəfiyev və Samir Şərifovafövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

Ağdamda güclü yanğın - FOTO

Ağdamda güclü yanğın - FOTO

Xaçmazda əməliyyat: 2 nəfər HƏBS OLUNDU - VİDEO

Xaçmazda əməliyyat: 2 nəfər HƏBS OLUNDU - VİDEO

Rusiya Ukraynada İlon Maskın peyk internet şəbəkəsini sıradan çıxarmaq üçün YENİ ÜSUL TAPDI

Rusiya Ukraynada İlon Maskın peyk internet şəbəkəsini sıradan çıxarmaq üçün YENİ ÜSUL TAPDI

Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

İyulun 12-də qəbul imtahanı keçiriləcək – İştirakçıların SAYI

İyulun 12-də qəbul imtahanı keçiriləcək – İştirakçıların SAYI

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Əjdər Məcidov vəfat etdi

Əjdər Məcidov vəfat etdi

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

Bu gün təltif olunan generallar kimlərdir?- DOSYE

Bu gün təltif olunan generallar kimlərdir?- DOSYE

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Kənan Seyidova birinci müavin təyin edildi

Kənan Seyidova birinci müavin təyin edildi

“Park Yasamal” alıcılara geniş mənzil seçimləri təqdim edir – “Kristal”

“Park Yasamal” alıcılara geniş mənzil seçimləri təqdim edir – “Kristal”

Nazirdən xaricdəki münaqişələrdə iştirak edən vətəndaşlarımıza XƏBƏRDARLIQ

Nazirdən xaricdəki münaqişələrdə iştirak edən vətəndaşlarımıza XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO