Türkiyənin Kahramanmaraş vilayətində meşə yanğını başlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Onikisubat rayonunda baş verən yanğına havadan və qurudan müdaxilə edilir.
Əraziyə Kahramanmaraş Meşə Region İdarəsinə bağlı 2 helikopter, 6 su çiləyici maşın və 2 su çəni göndərilib.
Yanğınsöndürmə işləri davam edir.
Bizim.Media