Azərbaycanla sərhəddə yerləşən Qafanda Aİ-nin Ermənistandakı missiyasının mərkəzi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatında məlumatlar yayılıb.
Fransanın Ermənistandakı səfiri Olivier Dekotigni açılış mərasimində çıxış edərək bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyası Fransanın güclü dəstəyi ilə sabitliyə və vəziyyətin qərəzsiz qiymətləndirilməsinə töhfə verir.
Aİ-nin Ermənistandakı Vətəndaşların Monitorinqi Missiyasının rəhbəri Markus Ritterin sözlərinə görə, Ermənistanda 6 belə ofisin açılması planlaşdırılır.
Bizim.Media