Sərdar Cəlaloğlu “O adam Azərbaycan siyasətində mənfi tendensiyaların anasıdır”– MÜSAHİBƏ - FOTO

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun həm də ixtisasca məhkəmə-tibb eksperti olduğu məlumatını bəlkə də çox adam bilməz. Hər zaman siyasətçi, müxalif lideri kimi tanınan Cəlaloğlunun siyasi arenalardan çıxışları, nitqləri son dövürlər onu gah qəhrəman, gah da anti-qəhrəman eləyib. 

Hər bir insan kimi onun da aşkar olunmayan tərəfləri, gizlinləri var. Cəlaloğlu ilə söhbətləşmək üçün Azərbaycan Demokrat Partiyasına yollandım. Bizi xoş əhval-ruhiyyə ilə qarşılayan siyasətçi ilə maraqlı, eyni zamanda təzadlı söhbətimiz başlayır. Elə söhbətə siyasət, müxalifət üzərindən giriş verirəm.

- Sərdar müləllim, Milli Şura ilə münasibətiniz necədir?

- Mənim ümumiyyətlə, onlarla heç bir əlaqəm yoxdur, heç onlar barədə maraqlanmıram da.

-Sizcə bu, layihə kimin əsəri idi və kim tərəfindən maliyyələşir?
 

- Milli Şura ilk yarandığı vaxtdan onun yaradıcıları ilə yaxın təmasda idim. Bu ideyanın ruslara məxsus olduğunu və onlar tərəfindən dəstəkləndiyi haqqında dəqiq məlumatım var.  


Mən o zamanda açıq şəkildə bu layihənin kim tərəfindən yaradıldığını deyirdim. Milli Şura layihəsi hakimiyyət üçün çox böyük təhdid yaradırdı. Daha sonra Milli Şurada Rüstəm İbrahimbəyov faktını ortaya çıxdı. Bir müddət keçdikdən sora o oyun da bitdi. Sonradan əsas qüvvələr şuradan uzaqlaşdırıldı.

- Digər müxalif partiyalar ilə münasibətiniz necədir? Məsələn Əli Kərimli. AXCP-nin qurucularından biri siz olmusuz.

- Mən Azərbaycan Xalq Cəbhəsi ilə uzun müddətdir ki, əlaqə saxlamıram. Bu bir siyasi etikasızlığı görə olub. Bir dəfə AXCP-nin ildönümü ilə bağlı tədbirə dəvət aldım. Bilirdim ki,  ora başqa partiya liderləri getməyəcək. Lakin Əli Kərimliyə hörmət əlaməti olaraq, bu tədbirdə iştirak etmək qərarına gəldim. İclas zamanı Əli köməkçisini 2 dəfə arxamca yolladı ki, gecədə mən də çıxış edim. Buna istəmədən könülsüz razı oldum.
 

Çıxış zamanı nitqimdə “Azərbaycan dövlətçiliyi Elçibəylə, Rəsulzadə ilə başlamır. Bizim 1000 ildən artıq dövlətçilik tariximiz var” fikrini deyən kimi zaldan fit səsləri ucalmağa başladı. 2 dəfə çıxışımı saxlayıb əl çalmağa başladılar. Cümləmi bitirməyə qoymadılar.


Üzümü çevirəndə gördüm ki, Əli Kərimli özü zalda oturan adamlarına başı ilə işarə edir ki, onlar bu cür qanacaqsız hərəkətlərə yol versinlər. Təsəvvür edin, istəyirəm söz deyim, mənə fit çalırlar. Özümə qarşı bu hərəkətləri təhqir saydığım üçün, tədbiri tərk etdim. O gündən Əli Kərmilinin üzərindən qara xətt çəkdim. Ümumiyyətlə, o adam  Azərbaycan siyasətində mənfi tendensiyaların anasıdır. Özünü guya Azərbaycan müxalifətinin lideri kimi təqdim edir, ancaq Azərbaycan müxalifəti bu illər ərzində bir metr belə irəliyə getməyib.

- Gəlin, 44 günlük müharibə zamanı qələbəmizə kölgə salan qüvvələrdən danışaq. Bu məsələ iqtidar, müxalifət münasibətlərinə ayrılmalı idimi? Onlar bunun üçün əməlli-başlı tər tökdülər. 

- Elə münasibətlər var ki, onu iqtidar, müxalifət münasibətinə qatmaq özü bir şərəfsizlikdir. Bu, vətənə xəyanətdir. Ərazi bütövlüyü üçün olunan savaş nə zamandan  siyasətə qarışmalıdır? Ancaq bəzi insanlar ən məhrəm məsələləri belə bölə bilirlər. Bu, çox yanlış fikirdir. Ən əsası buna 44 günlük haqq savaşımızda yol verilməməliydi.
 

İlham Əliyev heç zaman demədi ki, bu, mənim qələbəmdir. O, hər zaman xalqın bir yumruq kimi birləşməyindən danışdı. Bütün dünya bizi, gücümüzü gördü, tanıdı. Axı necə hansısa qüvvəyə uyub, qələbəni kölgədə qoymaq olar.


Hətta ermənilər bizim əsgərlərdən fantastik hekayələr danışırdılar. Bəs, niyə sən Azərbaycan Əsgərini belə kiçildirsən. Bizim hamımızın evində şəhid var. Bizim evdə iki şəhid var, biri qardaşımdır, biri də qardaşım oğlu.

- Bəlkə bunlar 5-ci kolonun nümayəndələri idilər. Son zamanlar demək olar ki, hamı bu kolonun fəaliyyətindən danışır. Onların hökümət orqanlarında, milli məclisdə fəaliyyətləri ilə gündəmə gətirir. Sizcə, bu kolon həqiqətənmi mövcuddur?

- 5-ci kolon hər yerdə fəaliyyət göstərir. Azərbaycanda da bu kolon var və bu danılmaz faktdır. Bunu mən demirəm, bunu Jirinovski özü deyirdi: ”Biz Milli Məclisə bir dənə də olsa istiqlalçı qüvvənin buraxılmamasını tapşırmışdıq. Sağ olsunlar onlar da bizim sözümüzə əməl etdilər” deyə bildirirdi. Məndə olan məlumata görə, müharibə zamanı nə qədər xainlik, satqınlıq faktları aşkarlandı, o satqınlara görə itkilərimiz çox oldu. Bunu da unutmamalıyıq.

- Qardaşınız Qurban Məmmədov da xaricdə Azərbaycan əleyhinə çıxışları ilə məşhurdur. Onun keçmiş şöbə müdiri Əli Həsənovla əlaqələri, ondan qaynaqlandığı danışılır. Bu barədə danışmaq istərdiniz?

- Qardaşım Qurban Məmmədovu buradan elə Əli Həsənovun özü sürgün etdi. O, müəyyən dövrdə Heydər Əliyevə çox yaxın insan idi. O qədər ona qarşı kampaniyalar başlanıldı ki, onu vəkillər kollegiyasından qovdular, 2 dəfə həbs olundu. Ona qarşı qərəzli münasibət yaratdılar. 

- Hazırda onunla əlaqəniz, hansısa ünsiyyətiniz varmı?

- Yox, qəti. Heç o burada olanda bizim əlaqəmiz yox idi. Hazırda da onunla heç bir ünsiyyətim yoxdur.

Ardı var...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

End of content

No more pages to load

RADİO