Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, onların dələduzluqda şübhəli bilinərək saxlanıldıqları bildirilir. Belə ki, ata və oğul tərəfindən dövlətə 966 milyon dram (2,5 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurulub.
Qeyd edək ki, Sergey Smbatyan həmçinin Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijorudur.
Bizim.Media