Ermənistanda xeyli insanın yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin kriminal xronika saytı məlumat yayıb.
Bildirilib ki, İrəvan-Böyük Qarakilsə avtomobil yolunun 94-cü kilometrliyində “Mercedes Sprinter” markalı mikroavtobus və “QAZ-53” markalı yük maşını toqquşub, nəticədə 20 nəfər xəsarət alıb.
Toqquşma nəticəsində hər iki avtomobil yolun hərəkət hissəsindən çıxaraq tarlaya aşıb.
Bizim.Media