Dörd yeniyetmənin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası İrəvan-Gümrü magistral yolunda baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan polisinin mətbuat xidmətinə istinadən yayıb.
Qeyd olunur ki, 14 mart saat 19: 00-da İrəvan-Gümrü yolunun 67-ci kilometrliyində “Opel” markalıı avtomobili yolun hərəkət hissəsindən çıxaraq qayaya çırpılıb və yan tərəfə aşıb.
Yol qəzası nəticəsində 15 yaşlı sərnişinlər - Marat Xaçatryan və Yuri Abramyan yerindəcə ölüb.
15 yaşlı sürücü və digər sərnişinlər, 15 yaşlı Edgar Qriqoryan və Sarkis Aleksanyan xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Qriqoryan və Aleksanyan xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media