Valyutadəyişmə məntəqələri geri QAYIDIR? – AÇIQLAMA 

“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Bu orqan Mərkəzi Bank olacaq. 

Bəs bu qayda necə tənzimlənəcək? 

Sualı Bizim.Media üçün cavablandıran bank sahəsi üzrə ekspert Əkrəm Həsənov, mövcud qanunda da oxşar müddəaların olduğunu diqqətə çatdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

AMB-nin valyuta ehtiyatları artdı


“Valyuta mübadiləsi məntəqələri Mərkəzi Bankın icazəsi ilə fəaliyyət göstərirlər. Bu baxımdan da təklif olunan müddəanı dəyişiklik kimi dəyərləndirmirəm. Sadəcə, həmin məntəqələrin fəaliyyətinə müəyyən qaydalar tətbiq olunacaq ki, bu da qanun qəbul olunduqdan və AMB tərəfindən yeni mexanizmlər müəyyən olunduqdan sonra bəlli olacaq”. 

Yeni dəyişikliklərə nəzər yetirdikdə, bəzi qaydaların sərtləşdirildiyi açıq görünür. Bu, valyuta mübadiləsi etmək istəyən şəxslərin sıxışdırılması anlamına gəlmirmi?

Əslində həmin qaydaların sərtləşdirilmədiyini deyən ekspert hesab edir ki, bu gün həmin məntəqələrin fəaliyyətinə elə də ciddi ehtiyac qalmayıb:

“Çünki, bütün banklar və filialları bu xidməti göstərirlər. İstənilən küçədə ən azı bir bankın filialı var. Vətəndaşların da valyuta mübadiləsi əməliyyatına olan tələbatı əvvəlki kimi deyil. Bankların bir çoxu hətta qeyri-iş günlərində də fəaliyyətini davam etdirir. 

Bundan başqa, valyuta mübadiləsini artıq onlayn şəkildə və pul kartları vasitəsilə də həyata keçirtmək mümkündür. Avropanın ən inkişaf etmiş ölkələrinin paytaxtlarıda valyuta dəyişmə məntəqələri yoxdur. Bank filiallarının sayı azdır və onlar da valyuta dəyişmirlər. Ona görə ki, bütün əməliyyatları kartlar vasitəsilə həyata keçirilir”. 

Müsahibimiz sonda qeyd erdi ki, yeni dəyişiklik həm vətəndaşlara, həm valyuta dəyişmə məntəqələrinə heç bir problem yaratmayacaq. 

İqtisadçı-ekspert Eyyub Kərimli isə vurğulayıb ki, yeni qaydaya əsasən, valyuta mübadiləsi ilə məşğul olan şəxslər nizamnamə kapitalı kimi müəyyən məbləğ göstərməli və müəyyən tələblərə cavab verməlidirlər:

“Bu məntəqələrin bütün mübadilə əməliyyatları rəsmiləşdiriləcək, onlar kassa çekləri ilə təmin olunacaq və bununla da vergidən yayınma hallarının qarşısı alınacaq. Əvvəllər də buna oxşar qaydalar olub. Belə ki, mübadilə məntəqələrinin mütləq hansısa bir bankın nəzdində lisenziya əsasında fəaliyyət göstərməsi məcbur edilirdi”. 

Ölkədə belə məntəqələrin çox az olduğunu diqqətə çatdıran ekspert hesab edir ki, saylarının artırılmasına ciddi ehtiyac var: 

“Bu baxımdan prosesin tənzimlənməsi müsbət addım olacaq. Bu gün əsas məsələlərdən biri odur ki, lisenziyanın əldə edilməsi üçün sadələşdirilmə aparılsın və ya müraciətlərin elektron formasında həyata keçirilməsi tənzimlənsin.

Əgər belə olarsa, həm bu sahə ilə məşğul olan şəxslər qaydalara riayət edərək fəaliyyətini düzgün şəkildə həyata keçirəcək, həm də əhalinin valyuta dəyişmə imkanlarını genişləndirəcək və daha əlçatan edəcək. 

Bu günə qədər əhali valyuta dəyişmək üçün qara bazarın imkanlarından istifadə edirdi ki, bu da onların aldadılması, əllərindəki vəsaitlərin rəsmi məzənnədən aşağı və ya yuxarı qiymətə dəyişdirilməsi ilə nəticələnirdi və qara bazarın inkişafına səbəb olurdu. Yeni tənzimlənmə bu halların da qarşısını alacaq”. 

Yeni qanunun həmin fəaliyyəti göstərən sahibkarların sıxışdırılmasına səbəb olmayacağını deyən müsahibimiz bildirib ki, əgər onların sayı çox olsaydı, o zaman bu barədə düşünmək olardı: 

“Əksinə, bu, həmin məntəqələrin sayının artırılmasına səbəb olacaq. Üstəlik, hazırda valyuta mübadiləsini həyata keçirən bəzi bank filialları ilə onlar arasında azad rəqabət yaradacaq. Məntəqələrin sayı artarsa və gələcəkdə üzən məzənnəyə keçid baş verərsə, həm onlar, həm də bank filialları arasında rəqabət qabiliyyəti artacaq və azad məzənnə siyasəti həyata keçiriləcək”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lerikə ilk qar yağdı

Lerikə ilk qar yağdı

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Tramp uşaqlıq arzusundan danışdı

Tramp uşaqlıq arzusundan danışdı

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Ordubadda qarın hündürlüyü 19 cm-dir

End of content

No more pages to load

RADİO