Azərbaycan və Tacikistan arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində bildirib.
"Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikirlərimizi bölüşdük", - deyə nazir qeyd edib.
Bizim.Media