"Ukraynanın NATO-ya daxil olmağa hazır olduğunu düşünmürəm".
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden “CNN” telekanalına müsahibəsində deyib.
“Hazırda müharibənin getdiyi bir vaxtda Ukraynanın NATO-ya qəbulu ilə bağlı təşkilatda yekdil fikir yoxdur. Əgər bunu etsək, onda... Və zarafat etmirəm... Biz NATO ərazisinin hər qarışını qorumalı olacağıq. Bu, nə olursa olsun, bizim ümumi öhdəliyimizdir. Və əgər bu müharibədirsə, deməli, müharibədir. Və indiki vəziyyətdə bu, Rusiya ilə müharibə olacaq” – Bayden bildirib.
Bizim.Media