Müğənni Nura Suri Türkiyəyə istirahətə yollanıb.
Bizim.Media xəbər verir ki, 47 yaşlı sənətçinin bu dəfəki seçimi turistlərin axın etdiyi Bodrum şəhəri olub.
Tətilini dəniz sahilində keçirən Nura, günəşlənərkən çəkdirdiyi biri-birindən cazibədar fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Daim idman məşğul olan və sağlam həyat tərzi keçirən Suri ideal və fit bədən quruluşu ilə diqqətləri üzərinə cəmləyib.
Nuranın paylaşdığı şəkillərə sosial şəbəkə əhli təriflər yağdırıb.
Rəşad Əliyev, Bizim.Media