“Qarabağ ermənilərinin hüquqları Azərbaycanın digər vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev özünün “Twitter” hesabında qeyd edib.
“Haaqada Azərbaycan və Ermənistan arasında sülh və Aİ-Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə dair maraqlı konfrans keçirildi.
Erməni həmkarlarıma yeni regional reallığın əsas parametrlərini izah etməkdən şərəf duydum. Qarabağ ermənilərinin hüquqları digər Azərbaycan vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək. Azərbaycan qanunvericiliyi qarşısında bərabərlik”, - deyə diplomat bildirib.

Bizim.Media