Rubl KƏSKİN UCUZLAŞDI – Manatı nə GÖZLƏYİR?

“Rusiya rublu dəyər itirməkdədir. Son 2 ayda rubl dollara nisbətən 14.0 faiz ucuzlaşıb. Sanksiyalar rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür”. 

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib. 

Onun sözlərinə görə Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur:

“Bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil.

Tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5.1% möhkəmləndirib. Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi prioritetdir”. 

Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, deputat əlavə edib ki, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir:
“Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Portuqaliya da Fələstin dövlətini tanıdı

Portuqaliya da Fələstin dövlətini tanıdı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Lerikə ilk qar yağdı

Lerikə ilk qar yağdı

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

End of content

No more pages to load

RADİO