“Qaçqınkom”un 260 minlik tenderinin qalibi haqda QALMAQALLI İDDİALAR

Azərbaycan Nəcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin mayın 25-də elan etdiyi 259 min 966 manatlıq tenderin nəticələrini və qalibini açıqlayıb.

Bizim.Media xəbər verir ki, “Füzuli və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrinin qəsəbədaxili küçələrin, həyətyanı sahələrin, park ərazisinin və ətraf yaşıllıq sahələrinin işıqlandırılmasının təmiri işləri” üzrə satınalma müsabiqəsinin qalibi “Texinvest” MMC (V/ÖEN - 1403260191) elan olunub. 

Müsabiqənin şərtlərinə əsasən, şirkət Dövlət Komitəsi üçün adıçəkilən qəsəbələrdə təmir və bərpa işlərini həyata keçirəcək. 

Qeyd edək ki, "Texinvest” MMC 16 noyabr 2015-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseyn Seyidzadə, ev 26A, mənzil 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Babək Fəxrəddin oğludur. Onun haqqında informasiya resurslarında  hər hansı məlumata rast gəlinmir.

Bu şirkətin adı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə bəzi qalmaqallı tenderlərdə hallandırılır. Belə ki, 2021-ci ilin avqust və sentyabr aylarında adıçəkilən qurumun tərəfindən bir neçə tender keçirilib və əksəriyyətində “Texinvest” MMC qalib olub. Belə ki, 10 ay əvvəl, yəni  16 oktyabr 2020-ci il tarixdə qurumun “Avtomobil üçün ehtiyyat hissələrinin satınalınması” üzrə müsabiqə yolu ilə keçirdiyi tenderdə iştirak edir və birlikdə 140 min 515 manat dəyərində satınalma müqaviləsi müqaviləsi imzalayıblar. 

Həmin dövrdə mətbuat orqanlarında dərc olunmuş informasiyalara görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik Hüquqi Şəxsin Tender Komissiyası iyun ayında satınalma müqaviləsi bağladığı halda, 09.07.2021-ci il tarixdə müqavilələrin bağlanması haqqında bildiriş verməklə kifayətlənib və bununla da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.1, 10.2 və 103.3-cü tələblərini kobud şəkildə pozub. 
Bildirək ki, “Texinvest” MMC-nin növbəti qalmaqallı tenderi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə baş tutub. Belə ki, qurum 2021-ci ilin avqust ayının 9-da “Qapı və pəncərələrin satın alınması” üzrə müsabiqəyə yekun vurub və adıçəkilən şirkət qalib elan olunub. Tərəflər arasında maliyyə dəyəri 214 min 382 manat olan satınalma müqaviləsi imzalanıb.

Ancaq araşdırmalar zamanı aydın olub ki, şirkət həm də avtomobil ehtiyat hissələri və sürtkü yağlarının satışı ilə məşğuldur. “Texinvest” 2015-ci ildə yaransa da, satınalma müsabiqələrində yeni oyunçudur. 



Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Portuqaliya da Fələstin dövlətini tanıdı

Portuqaliya da Fələstin dövlətini tanıdı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Lerikə ilk qar yağdı

Lerikə ilk qar yağdı

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

End of content

No more pages to load

RADİO