İtaliya rusiyalı milyarderlərin 2,5 milyard avro dəyərində aktivlərini dondurub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Məlumata görə, dondurulmuş aktivlər arasında 80 rusiyalı iş adamına məxsus bank hesabları, lüks villalar, yaxtalar və avtomobillər var.
Bütün bunların həbsinə Aİ sanksiyalarına uyğun olaraq, 2022-ci il fevralın 24-dən başlanılıb 2023-cü ilin iyunun sonuna qədər yekunlaşıb.
Bizim.Media