Normallaşma üçün SON ŞANS – İran səfirliyimizə hücum edən terrorçunu cəzalandıracaq?

Xəbər verdiyimiz kimi, İran Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı açıqlama verib. 

Belə ki, İran XİN-in sözçüsü Nasir Kənani iyulun 3-də mətbuata verdiyi açıqlamasında araşdırmada "yaxşı nəticələr" əldə olunduğunu bəyan edib. 

Onun sözlərinə görə, məsələ hakimiyyət orqanlarının diqqət mərkəzindədir. 

Kənani iyulun 4-də ədliyyə orqanının iclas keçirəcəyini və müvafiq sualların onlara ünvanlanmasının məqsədəuyğun olduğunu qeyd edib. 

Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyə hücum bu il yanvarın 27-də baş verib.Nəticədə səfirliyin bir əməkdaşı öldürülüb. Rəsmi Bakı hadisəni terror aktı adlandırıb və səfirliyin fəaliyyətini qeyri-müəyyən vaxtadək dayandırıb. İran tərəfi isə ittihamları rədd edib və səfirliyə hücumun şəxsi zəmində baş verdiyini iddia edib. 

Rəsmi Tehran səfirliyə hücumdan xeyli müddət keçməsinə rəğmən uzun müddət bu məsələ barədə susmağa üstünlük verirdi. Lakin indi birdən-birə Tehran susqunluğu pozaraq, prosesdə “yaxşı nəticələr”in əldə olunduğunu bəyan edir.
Onu da vurğulayaq ki, İran bu addımı öllənin xarici işlər nazirinin Qoşulmama Hərəkatının tədbirində iştirak etmək üçün Bakıya səfəri ərəfəsində atır. 

Görəsən, İran Azərbaycanla münasibətləri normal məcraya salmaq üçün terrorçunu cəzalandırmaq niyyətindədir? 

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, bunun üçün hansısa terrorçuların cəzalandırılması deyil, onun arxasında dayanan konkret siyasi-hərbi güc mərkəzlərini ifşa etmək və cəzalandırmaq lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

İranla normallaşma üçün YEGANƏ YOL - Səfirliyimizə hücum edən terrorçu EDAM EDİLMƏLİDİR


“Heç kimə sirr deyil ki, prosesin içərisində güc orqanları, xüsusən də SEPAH-ın izi görsənir. Ola bilsin İran bu addıma getsin. Ancaq olayla bağlı SEPAH-dan kimlərinsə qurban veriləcəyini gözləmirəm. İran yalnız görüntü xarakterli bu cür addımlar ata bilər. İran elə bir dövlətdir ki, heç zaman “daşı ətəyindən tökmür”. Necə düşmənçilik siyasəti yürüdürsə, bundan sonra da həmin siyasəti davam etdirəcəklərini düşünürəm”.

Politoloqun fikrincə, Tehran səfirliyə hücum edən terrorçuları cəzalandırsa, bu əslində İran dövlətinin xarici siyasətində prioritetlərin tədricən dəyişməsi anlamına gələcək: 

“İran bu illər ərzində bütün həmsərhəd qonşu ölkələrlə münasibətləri gərgin müstəviyə daşıyıb. İndi isə görünən odur ki, münasibətləri tənzimləmək üçün Tehran yenidən hərəkətə keçib. İran Çin vasitəsilə Səudiyyə Ərəbistanı ilə barışdı. 
Bu siyasətin tərkib hissəsi qonşu Azərbaycanla da normal münasibətlər qurmaqdan keçir. Tehran anlayır ki, Azərbaycanla münasibətlər sistemi qurulmasa, geosiyasi anlamda İranın regiondakı bəzi maraqlarını təmin etmək mümkün olmayacaq. Yəni indiki halda, düşmənçilik İrana xeyir deyil, zərər gətirir. İran XİN rəhbərinin Bakıya səfəri ərəfəsində həqiqətən də normal addımlar atılarsa, bu istər-istəməz münasibətlərin yenidən tənzimlənməsinə rəvac verə bilər”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

End of content

No more pages to load

RADİO