Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan 15 erməni xəstəni müalicə üçün Ermənistana aparıb.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 8 nəfərin müşayiətçiləri ilə birlikdə Xankəndiyə qayıtması planlaşdırılır.
Bizim.Media