Xalq artisti və iş adamı Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təbrik ünvanlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu münasibətlə övladları Mikayıl, Əli, Əminə və Leyla xanımın yer aldığı fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Ağalarov təbrik paylaşımına “Leyla, ad günün mübarək! Bütün verdiyin hərarətə, hər gün etdiyin yaxşılığa və əlbəttə ki, gözəl balalarımıza görə təşəkkür edirəm. Xoşbəxt olun!” sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media