Afaq Bəşirqızı: “Aktyorların film çəkilişlərində acından ürəyi gedir” – VİDEO 

“Filmlərin zəifliyi rejissorların tamahkarlığıdır. Sponsor tapılmamış film çəkmək mümkün deyil. Rejissor fikirləşir ki, filan yerdə yeni tikilidə bir mərtəbəni ala biləcəm ya yox. O pulu onunla sayır. Aktyorlara çox zaman pul verilmir. Film şedevr olacaq, bilet satılacaq, faiz götürəcəm kimi məsələlərin hamısı yalandır. Nə olsun, sponsor verib, o, halal tikəyə əl atır, əl uzadır. Ona görə də onun işi heç zaman müvəffəqiyyətlə alına bilməz. Bunu Allah qoymaz. Çünki kiminsə çörəyinə, zəhmətinə əl uzadırsansa heç zaman xoşbəxt ola bilmərsən”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

67 yaşlı sənətkar film sahəsində az qonorara “dəridən qabıqdan” çıxan, durmadan çalışan gənc həmkarlarına dəstək çıxıb: 

“Biz zamanında elə bir dövrdə yaşamışıq ki, vicdanlı və istedadlı kinorejissorların, teatr rejissorlarının əlinə düşmüşük. Anlamışıq ki, biz işləməliyik. Özümüzə inanmışıq. Niyə? Bax, bu gün üçün. Amma indi gənc aktyorlara imkan vermirlər. Nə sanbalı, nə adını saxlamağa... Axı bu aktyorların da uşaqları, ehtiyacı var. O, filmə çəkilməlidir. Amma sən onu aldadırsan. Bu hansı vicdana sığır? Sonra da fikiləşirsən ki, görəsən, nəyə görə çəkdiyim filmim uğurlu olmadı? Bütün bunların hamısı bu məsələyə görə doğur. Haramlıqda heç zaman bərəkət yoxdur”. 

Aktrisa bildirib ki, çox zaman sənət yoldaşları filmlərə pulsuz çəkilirlər. Bəşirqızının sözlərinə görə, hətta kino meydançasında özünə yemək ala bilmədiyinə görə acından ürəyi gedən aktyorlar da olur: 

“Aktyorlar çox işləyirlər. Nə qədər ssenari çətin olsa, aktyorlar çalışırlar ki, özləri nəsə bir şey yaratsınlar. “Qablarında” olan instedadı ortalığa çıxarırlar ki, təki çəkildikləri film tamaşaçılar tərəfindən baxılsın.
Eyni zamanda da izlənilərək çörək pulu əldə edə bilsinlər. Aktyorlarla tamaşaçı arasında çox qalın bir pərdə olmalıdır. Yaradıcı insanları qınamayın. Onlar özləri üçün deyil, doğmaları, uşaqları və xalq üçün yaşayırlar. Aktyorlar çox zaman bir qəpiksiz filmlərə çəkilirlər. Bəlkə də kino meydanında acından ürəyi axır, amma bunu bildirmir. Fikirləşir ki, bu filmə çəkilim ki, bununla şöhrətim olsun”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sentyabrın sonunda həyatları yaxşılaşacaq 3 BÜRC

Sentyabrın sonunda həyatları yaxşılaşacaq 3 BÜRC

Cəbrayılda yük maşınını oğurlayan şəxslərə CƏZA VERİLDİ

Cəbrayılda yük maşınını oğurlayan şəxslərə CƏZA VERİLDİ

SON DƏQİQƏ! Ukrayna Rusiyanın ən böyük neft kompleksini vurdu – VİDEO

SON DƏQİQƏ! Ukrayna Rusiyanın ən böyük neft kompleksini vurdu – VİDEO

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO

Adnan Əhmədzadə necə “ruslaşdı”?- Xəyanətin ifşası...

Adnan Əhmədzadə necə “ruslaşdı”?- Xəyanətin ifşası...

Prezidentdən Beynəlxalq Statistika Forumunun iştirakçılarına MÜRACİƏT

Prezidentdən Beynəlxalq Statistika Forumunun iştirakçılarına MÜRACİƏT

Bundan sonra statistikaları da süni intellekt formalaşdıracaq

Bundan sonra statistikaları da süni intellekt formalaşdıracaq

İrəvandan sərhədlərin delimitasiyası ilə bağlı AÇIQLAMA

İrəvandan sərhədlərin delimitasiyası ilə bağlı AÇIQLAMA

Qaraciyəri spirtli içkilərin yaratdığı zərərdən qoruya bilən meyvənin adı açıqlandı - Elmi tədqiqat

Qaraciyəri spirtli içkilərin yaratdığı zərərdən qoruya bilən meyvənin adı açıqlandı - Elmi tədqiqat

Rusiya Qarabağ separatçılarının “xüsusi nümayəndəsi”ni AXTARIR

Rusiya Qarabağ separatçılarının “xüsusi nümayəndəsi”ni AXTARIR

Müəllimlər Günündə pul yığılması ilə bağlı XƏBƏRDARLIQ

Müəllimlər Günündə pul yığılması ilə bağlı XƏBƏRDARLIQ

İsraf və bədxərclikdən qaçmağın YOLU - “Komsomol toyu” yenidən GÜNDƏMDƏ

İsraf və bədxərclikdən qaçmağın YOLU - “Komsomol toyu” yenidən GÜNDƏMDƏ

Babək prospektindəki qəzada sürücü dünyasını dəyişdi

Babək prospektindəki qəzada sürücü dünyasını dəyişdi

Azərbaycanlı tanınmış hakim VƏFAT ETDİ

Azərbaycanlı tanınmış hakim VƏFAT ETDİ

Saat 11:00-da işıqlar sönəcək – SƏBƏB

Saat 11:00-da işıqlar sönəcək – SƏBƏB

Bakıda yanan binanın sakinləri belə təxliyə edildi – ANBAAN VİDEO

Bakıda yanan binanın sakinləri belə təxliyə edildi – ANBAAN VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Real” qalib gəldi, “Atletik” xal itirdi – VİDEO

“Real” qalib gəldi, “Atletik” xal itirdi – VİDEO

Yanvarın 1-dən sürücülər yol vergisi ödəyəcək?

Yanvarın 1-dən sürücülər yol vergisi ödəyəcək?

Gədəbəydəki qəzada xəsarət alanların sayı 20-yə ÇATDI

Gədəbəydəki qəzada xəsarət alanların sayı 20-yə ÇATDI

Bu günə qədər əmək yarmarkalarından nə qədər işsiz faydalanıb? – RƏSMİ AÇIQLAMA

Bu günə qədər əmək yarmarkalarından nə qədər işsiz faydalanıb? – RƏSMİ AÇIQLAMA

“Putinə etibar edə bilərsinizmi?” sualına Trampın MÜƏMMALI CAVABI – VİDEO

“Putinə etibar edə bilərsinizmi?” sualına Trampın MÜƏMMALI CAVABI – VİDEO

Mehriban Əliyeva İlham Əliyevin Trampla səmimi dialoqunun VİDEOSUNU PAYLAŞDI

Mehriban Əliyeva İlham Əliyevin Trampla səmimi dialoqunun VİDEOSUNU PAYLAŞDI

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO