Ötən mövsüm birinci divizionun qalibi kimi Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan” hazırlığa başlayıb. Ancaq komandanın ciddi problemləri var.
Bizim.Media xəbər verir ki, sponsorları hələ dəqiqləşmədiyindən transferlər də həyata keçirilməyib.
Məhz bu səbəbdən Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında rellaşan ilk məşqdə cəmi13 futbolçu iştirak edib.
Ötən mövsüm komandanın formasını geyinmiş oyunçularla yanaşı, “Səbail”dən Nihad Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov və Abdulla Rzayev də çalışmalara qatılıb.



Rəşad Rafiqoğlu, Bizim.Media