“Turan Tovuz” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Bizim Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belajdi Pusi ilə 1 illik sözləşmə imzalanıb. O, 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Belajdi bu ilin yanvar ayından Tovuz təmsilçisinin formasını geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media