Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” bu gün “Match TV” beynəlxalq turnirində ilk oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, komandamızın rəqibi Rusiyanın “Zenit” klubu olacaq.
Sankt-Peterburqdakı “Qazprom Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.
Bizim.Media