Amerikanın “Apple” korporasiyasının səhmlərinin dəyəri iyunun 30-da birjadankənar ticarətdə 0,84% artaraq 191,2 dollara çatıb və bunun sayəsində texnoloji nəhəngin kapitallaşması 3 trilyon dolları ötüb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin kapitallaşması ikinci dəfə 3 trilyon dollar həddini aşır və sonuncu dəfə bu ötən ilin yanvarında baş verib.
Eyni zamanda, ilin əvvəlindən texnologiya nəhənginin səhmlərinin qiyməti 46% artıb.
“Apple” may ayında rüb üçün gəlir və mənfəətin azaldığını bildirməsinə baxmayaraq, şirkətin təqdim etdiyi nəticələr analitiklərin proqnozlaşdırdığı nəticələrdən daha yaxşı olub.
Bizim.Media