Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinə artilleriya zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko bildirib.
Hadisə nəticəsində 3 nəfər həlak olub. Həmçinin mülki obyektlərə zərər dəyib.
Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu günkü açıqlamasında Rusiya Silahlı Qüvvələrinin heç vaxt Ukraynadakı mülki hədəflərə hücum etməyəcəyini açıqlamışdı.
Bizim.Media