Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib.
Bizim.Media xəbər verir ki, infratrukturun ideal vəziyyətə gətirilməsi üçün klubun baş sponsorunun maddi dəstəyi ilə stadion ərazisində iki mərtəbəli yeni bina inşa olunur.
“Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək binada hər cür şəraitlə təmin olunan yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq. Bununla yanaşı, projektorların quraşdırılması işlərinə də start verilib.
Rəşad Rafiqoğlu, Bizim.Media