Azərbaycan-Ermənistan XİN rəhbərlərinin danışıqları bu gün ikitərəfli formatda davam edəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-da keçirilən danışıqlar bu gün ikitərəfli formatda davam etdiriləcək.

Bizim.Media xəbər verir ki, bu gün ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşlər gözlənilmir.

Qeyd edək ki, E.Blinken iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli qapalı görüşlər keçirib.

Blinken və Bayramov Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırki regional vəziyyəti müzakirə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da Ceyhun Bayramovun Mirzoyanla görüşü 5 saat çəkib - FOTO


Nazir C.Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb. Ermənistan tərəfdən sülh prosesinə maneçilik cəhdləri, bir sıra təhrikçi addımları vurğulanıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.

Daha sonra nazirlər fasilələrlə 4-5 saat davam edən ikitərəfli görüş keçiriblər.

Danışıqlar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

Səlis nitq və təfəkkürünü inkişaf etdirmək istəyənlər üçün 5 KİTAB

Səlis nitq və təfəkkürünü inkişaf etdirmək istəyənlər üçün 5 KİTAB

İrandan Britaniyaya yük aparan maşın Naxçıvanda saxlanıldı – FOTO/VİDEO

İrandan Britaniyaya yük aparan maşın Naxçıvanda saxlanıldı – FOTO/VİDEO

Pezeşkian: “Biz vətəndaşların problemlərini həll etməliyik” – VİDEO

Pezeşkian: “Biz vətəndaşların problemlərini həll etməliyik” – VİDEO

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi BİLİNDİ

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi BİLİNDİ

Metronun iki stansiyasına rəis TƏYİNATI

Metronun iki stansiyasına rəis TƏYİNATI

“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

Qurban Qurbanov: “Dinamo” ilə oyuna yaxşı nəticə üçün yollanırıq

Qurban Qurbanov: “Dinamo” ilə oyuna yaxşı nəticə üçün yollanırıq

ABŞ və İran 60 günlük razılaşmaya hazırlaşır

ABŞ və İran 60 günlük razılaşmaya hazırlaşır

Xameneinin ofisi Pezeşkianın istefası ilə bağlı iddiaları təkzib etdi

Xameneinin ofisi Pezeşkianın istefası ilə bağlı iddiaları təkzib etdi

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI

Elektrik naqili cins heyvanın tələf olmasına səbəb oldu – VİDEO

Elektrik naqili cins heyvanın tələf olmasına səbəb oldu – VİDEO

Qusarın Ləzə kəndində seli önləmək üçün işlər aparılır

Qusarın Ləzə kəndində seli önləmək üçün işlər aparılır

Rusiya ballistik raketlərinin Kiyevə zərbə anı yayıldı: Ölənlərin sayı 17-yə çatdı - VİDEO

Rusiya ballistik raketlərinin Kiyevə zərbə anı yayıldı: Ölənlərin sayı 17-yə çatdı - VİDEO

Məmmədnağı Əkbərova yüksək vəzifə VERİLDİ

Məmmədnağı Əkbərova yüksək vəzifə VERİLDİ

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Mask: SpaceX gələcəkdə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı planlaşdırır

Bakıda fəhlə iş yerində VƏFAT ETDİ

Bakıda fəhlə iş yerində VƏFAT ETDİ

Şəmkirdə iki yük avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Şəmkirdə iki yük avtomobili toqquşdu - XƏSARƏT ALAN VAR

Qəzza zolağında Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri keçirilir – VİDEO

Qəzza zolağında Fələstin tarixinin ən böyük dəfn mərasimlərindən biri keçirilir – VİDEO

Bazarı tərk edən banklar və səbəbləri – SİYAHI

Bazarı tərk edən banklar və səbəbləri – SİYAHI

2 boksçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

2 boksçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq

Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı - VİDEO

Tanınmış türkiyəli aparıcı Fulya Öztürk yenidən Qarabağda – VİDEO

Tanınmış türkiyəli aparıcı Fulya Öztürk yenidən Qarabağda – VİDEO

End of content

No more pages to load

RADİO