“Cəmiyyətimizin sağlam olması bizim üçün çox vacibdir. Bunun üçün tədbirlərimizin əksəriyyəti kütləviliyə yönəlib. Bu baxımdan regionlarda müəyyən tədbirlər həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iyunun 27-də Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) açılış mərasimindən sonra təşkil olunan mətbuat konfransında deyib.
Mingəçevirdə “Fit for life” layihəsinin digər ölkələr üçün təqdimatının keçiriləcəyini vurğulayan nazir bildirib:
“Təbii ki, belə kütləvi layihələrin sayı daha çox olmalıdır. Biz uşaqdan-böyüyədək hər kəsi düşünüb tədbirlərimizi o istiqamətdə təşkil etməliyik”.
Bizim.Media