"Vaqner" özəl hərbi şirkətinin ağır texnikalarının Rusiya Silahlı Qüvvələrinin bölmələrinə təhvil veməsi prosesinə start verilib.
Bizim.Media “gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun sözlərinə görə isə, üsyanın uğursuzluğundan sonra “Vaqner”in strukturunda hər hansı dəyişiklərin olacağı barəsində danışmaq üçün hələ çox tezdir. Lakin “Vaqner”in strukturunda dəyişikliklərin olması qaçılmazdır.
Bizim.Media