“Qarabağ”ın gənc futbolçusu Zamiq Əliyevin xarici klubların maraq dairəsində olduğu barədə məlumat vermişdik.
Bizim.Media xəbər verir ki, Danimarka klubları da futbolçunu transfer etmək istəyir.
Söhbət “Xobro” və “Koldinq” klublarından gedir. Hazırda futbolçu ilə danışıqlar davam etdirilir.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən Zamiq Əliyevə “Zirə”də maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media