63 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançı bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon Uşaq Gənclər İdman Məktəbindən məlumat verilib.
Bildirilir ki, idman məktəbinin yetirməsi Kamilla Töhfəliyeva Portuqalyada keçirilən Yeniyetmələr arasında Avropa Çempionatına qatılıb. Kamilla keçirdiyi bütün yarışları qalib kimi başa vurub və 63 kq çəkidə Qızıl medalın sahibi olub.
Qeyd edək ki. Kamilla qadınlar arasında prespektivli idmançılardan sayılır və milli komandanın tərkibində təlim-məşq toplanışlarına dəvət edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu