“Qarabağ”ın zədəli müdafiəçisi Abbas Hüseynovun yaşıl meydanlara qayıdacağı vaxt müyyənləşib.
Bizim.Media xəbər verir ki, futbolçu artıq fərdi məşqlərə başlayıb.
Komanda ilə birgə Avstriya toplanışına qatılan Hüseynov ay yarımdan sonra kollektiv məşqlərə qoşula biləcək.
Bu isə o deməkdir ki, millimizin də üzvü olan futbolçu Cəbəllütariqin “Linkoln” klubu ilə ilkin təsnifat mərhələsinin hər iki görüşünü buraxmalı olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media