Muay-tay üzrə Azərbaycan millisinin daha bir üzvü Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medalı təmin edib.
Bizim.Media xəbər verir ki, qadınlar arasında 57 kq çəki dərəcəsində çıxış edən Aysu Devrişova yarımfinala yüksəlməklə buna nail olub.
18 yaşlı idmançı 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində 30:26 hesablı qələbə qazanıb. O, iyunun 26-da yarımfinal görüşünə çıxacaq.
Qeyd edək ki, bu gün muay-tay üzrə Azərbaycan millisinin digər üzvü Xəyal Əliyev (67 kq) yarımfinala adlayaraq, minimum bürünc medalı təmin edib.

Bizim.Media