"Neftçi"nin Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə iştirakı dəqiqləşib.
Bizim Media xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi "tvitter" hesabından paylaşım olunub.
Postda "Biz "Match TV Cup" üçün Sankt-Peterburqa gəlirik" yazılıb.
"Neftçi" turnir çərçivəsində iyulun 1-də “Zenit” (Rusiya), 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşmalıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media