“Qəbələ” 2023/24 mövsümünün hazırlığına start verib.
Bizim.Media xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib. Hazırlıq prosesi çərçivəsindəki ilk məşq yerli futbolçuların iştirakı ilə keçirilib. Fiziki hazırlıqlar yerinə yetirən komandanın məşqi əsasən topsuz çalışmalardan ibarət olub. Xatırladaq ki, iyulun 8-dək Qəbələdə hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini Türkiyədə gerçəkləşdirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media