Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Zurab Oçiqavanın keçidini rəsmiləşdirib.
28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Ukraynalı legionerin son klubu “Sabah” olub.
Oçiqava Azərbaycan Premyer Liqasının son üç mövsümündə 34 matçda 2 qol vurub.
Xatırladaq ki, “Qəbələ” daha öncə “Kəpəz”dən ayrılan Ahmed Ayzayanı da heyətinə qatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media