“Mançester Siti”nin müdafiəçisi Əşrəf Hakimi karyerasını İngiltərədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 24 yaşlı futbolçu “Mançester Siti”nin maraq dairəsinə düşüb.
“Şəhərlilər” mərakeşlini Kayl Uoker və Joao Kanselonun mümkün əvəzləyicisi kimi nəzərdən keçirir. “Mançester Siti” rəhbərliyi Hakiminin transferini reallaşdırmaq üçün böyük məbləğ ödəməyə hazırdır.
Qeyd edək ki, Hakimi 2021-ci ildən Paris klubunun şərəfinu qoruyur. O, son mövsüm ərzində 39 matçda iştirak edib, 5 qol və eynisayda assistə imza atıb.
Rəşad Rafiqoğlu, Bizim.Media