“Qəbələ” futbolçusu Omar Hani ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.
Hani 2021-ci ilin yayından “Qəbələ”də çıxış edir. O, ötən mövsümdə 40 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media