"Kəpəz" Yeqor Xvalko ilə müqavilənin müddətini artırıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubu legionerini daha bir il komandada saxlayıb. Xvalko ötən mövsümün əvvəlində "Arsenal Djerzinsk"dən "Kəpəz"ə keçmişdi. Futbolçu Premyer Liqadakı çıxışından sonra bir müddət əvvəl Belarus millisinə cəlb edilmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media