“Zirə” 3 futbolçu ilə müqavilə müddətini artırıb.
Bizim.Media xəbər verir ki, son 3 mövsümü icarə əsasında komandada keçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik müqavilə imzalanıb.
Həmçinin, ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb.
“Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər “qartallar”da çıxış edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media