Rəqsanə Təranənin qızının anasından imtina etməsindən DANIŞDI – VİDEO 

“Düşünürəm ki, Təranə Səmədova zəifliyindən bu həyatı yaşayır. İkinci dəfə həbsxanaya düşməmişdən əvvəl onunla barışmamışdım, sadəcə məndən kömək istəmişdi. Mən də qəbul etmişdim. Hətta onunla danışanda ağlamışdım. Təranənin qızları altı aydan çoxdur ki, yanımda idilər. Təranə haradasa altı aydan çoxdur ki, həbsdədir. Adeli iki-üç həftə olar ki, uşaq evinə yerləşdiriblər. Çünki onun yaşı az olduğu üçün Azərbaycan qanunları icazə vermir, uşağı qanunsuz olaraq yanımda saxlayım. Əslində, böyük qızı da uşaq evinə yerləşdirilməli idi. Sadəcə uşağın öz istəyi ilə evimdə qaldı. O ağladı ki, uşaq evinə getmək istəmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu “YouTube”da yayımlanan “Qırmızı” layihəsində deyib. 

Sənətçi hazırda həbs həyatı yaşayan prodüser Təranə Səmədovaya məsləhət mesajı yollayıb:

“Buradan Təranəyə sadəcə bir söz deyəcəm, ağıllı olsa və dediklərimi eşitsə, Azərbaycan qanunlarına riayət etsə, mənimlə birgə ona köməklik etmək istəyən bir çox xanımlar var. Hamısı mənimlə danışmışdılar. Sadəcə olaraq sakit otursa, övladlarına görə, uşaqlarının bəlli yaşına qədər çöldə onların yanında qala bilər. Amma sakit otursa...” 

Rəqsanə Təranənin 14 yaşlı qızı Suelin anasından imtina etməsinə belə münasibət bildirib:

“Suelin anasından imtina etməsi məsələsinə çox pis baxıram. Mən də, Aysun da o uşaqla danışırıq. Ona deyirəm ki, qızım, hər şeyi Allah görür. Üç ildən sonra 18 yaşı olacaq. 18 yaşından sonra özü hər şeyi danışacaq. Bu gün ondan istifadə edib efirlərə çıxarardım, amma etmərəm. O uşağın gələcəyi var. İstəyərəm ki, xoşbəxt olsun. Onun ailəsi olsun. Həqiqətən də nümunəvi övlad olsun. Elədir də. Çox savadlı uşaqdır, ağıllı qızdır. Bacısına baxırdı. O sanki bu yaşında daha çox böyüyüb.

Bir müddət ana-bala arasında söz-söhbətləri olub. Təranənin çətinlikləri olub. Onu vurubmu?! O məqamları bilmədiyim və Təranənin yanında olmadığım üçün uşağın sözünə baxıb, haqqında yalandan danışa bilmərəm. Uşaqdır, bəlkə evimdə rahatlıq görüb və ona görə də anasını istəmir.
Ona dəfələrlə deyirəm ki, anan səni vursa da, söysə də, o, sənin anandır, səni dünyaya gətirib, doqquz ay bətnində gəzdirib. Sən dünyaya gələnə qədər ananın övladı yox idi. Övlad üçün çox əziyyət çəkib. Ona görə də sən hər zaman anana sahib çıxmalısan”. 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs olunub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

FİFA prezidenti: “Ofsayd qaydalarında dəyişiklik ola bilər”

FİFA prezidenti: “Ofsayd qaydalarında dəyişiklik ola bilər”

Naxçıvanda 3 minə yaxın abonentin qazı kəsildi

Naxçıvanda 3 minə yaxın abonentin qazı kəsildi

Bakalavriat səviyyəsində faktiki qəbul 18 faiz artıb - RƏSMİ

Bakalavriat səviyyəsində faktiki qəbul 18 faiz artıb - RƏSMİ

Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb

Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb

Tədqiqat: Tünd şokoladdakı bir maddə qocalmanı yavaşlada bilər

Tədqiqat: Tünd şokoladdakı bir maddə qocalmanı yavaşlada bilər

“Ruslar heç bir referendum istəmirlər” - Zelenski

“Ruslar heç bir referendum istəmirlər” - Zelenski

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

"Qalatasaray" futbolçusu ilə SAĞOLLAŞIR

"Qalatasaray" futbolçusu ilə SAĞOLLAŞIR

Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdilər - FOTO

"Həyatımda içki və siqaret yoxdur"

"Həyatımda içki və siqaret yoxdur"

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Rusiya Odessa və digər şəhərləri infrastruktur baxımından təcrid etmək istəyir” - Zelenski

“Rusiya Odessa və digər şəhərləri infrastruktur baxımından təcrid etmək istəyir” - Zelenski

“Qarabağ”da 2025-ci ildəki 11 önəmli HADİSƏ

“Qarabağ”da 2025-ci ildəki 11 önəmli HADİSƏ

Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

Zelenski: “Putinlə istənilən formatda görüşməyə hazıram”

63 yaşlı qadını maşın vurub öldürdü

63 yaşlı qadını maşın vurub öldürdü

Şeyma Subaşı SAXLANILDI

Şeyma Subaşı SAXLANILDI

"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

"Arsenal" çempionluq yolunda itki ilə ÜZLƏŞDİ

Bakıda ağaclıq sahədə YANĞIN OLUB - VİDEO

Bakıda ağaclıq sahədə YANĞIN OLUB - VİDEO

Qusarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri KEÇİRİLDİ - FOTO

Qusarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri KEÇİRİLDİ - FOTO

İran Kanada hərbi-dəniz donanmasını terror təşkilatı ELAN ETDİ

İran Kanada hərbi-dəniz donanmasını terror təşkilatı ELAN ETDİ

Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş

Namiq Qaraçuxurlu karyerasını bitirmək istəyirmiş

Prezidentdən bayram PAYLAŞIMI - FOTO

Prezidentdən bayram PAYLAŞIMI - FOTO

QHT Agentliyinin Müşahidə Şurasının yeni üzvləri - FOTO

QHT Agentliyinin Müşahidə Şurasının yeni üzvləri - FOTO

End of content

No more pages to load

RADİO