Zəngilanda sərhədimizi pozan erməni təxribatçıları MƏHKƏMƏ QARŞISINDA

Xəbər verildiyi kimi, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktına dair Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Mənbə yazır ki, istintaqla Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçərək, odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycan Respublikasının Zəngilan rayonu Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycan Respublikasının hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə  əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, müəyyən edilib ki, ordumuzun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayətin aləti olan 1 ədəd “Kalaşnikov” markalı “AKM” modelli odlu silah və içərisində 10 ədəd 5.45 mm kalibrli döyüş patronları olan 1 ədəd daraq götürülüb.
Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilərək cinayət işi 21 iyun 2023-cü il tarixdə baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

Elgizin yerinə o gəldi - VİDEO

Elgizin yerinə o gəldi - VİDEO

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

“13 illik boşluğu doldurmalı idik...”

“13 illik boşluğu doldurmalı idik...”

İranda dollar rekord həddə BAHALAŞDI

İranda dollar rekord həddə BAHALAŞDI

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

Dünya mətbuatı Prezidentin Zirvə çıxışından yazdı - FOTO

Dünya mətbuatı Prezidentin Zirvə çıxışından yazdı - FOTO

End of content

No more pages to load

RADİO