Amerikalı məşhur model Cici Hadid podyumlara yeni saç rəngi ilə geri dönüb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki , Hadid “Versace”nin Payız / Qış kolleksiyası üçün çıxdığı podyumda kürən saçları ilə diqqət çəkib.
Moda dünyasına qayıtması ilə bağlı həyəcanını sosial media hesabında bölüşən Hadid “Versace- nin açılış və bağlanışını etmək bir şərəfdir. Geri qayıtmağın ən yaxşı yoludur”, - deyə bildirib.
Qeyd edək ki, Cici Hadidin müğənni sevgilisi Zeyn Maliklə münasibətindən ötən il bir qızı dünyaya gəlmişdi. Model ana olduqdan sonra modelliyə bir qədər ara vermişdi.
Bizim.Media