Əməkdar incəsənət xadimi Məlahət Abbasova həyat yoldaşı İzzət bəylə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, həyat yoldaşının doğum gününü ailəlikcə qeyd etdiyini bildirən aktrisa onu sosial şəbəkə hesabı vasitəsi ilə təbrik edib.
“Ailə quraraq həyatımı, həyatını dəyişdirən şirin, tərs, gözəl insan, doğum günün mübarək. Sənə hər şey üçün, iki gözəl balamız, dostluğun, sevgin, dəstəyin, anlayışın üçün sonsuz təşəkkür edirəm. Birlikdə sağlıqlı, xoşbəxt illərə. Səni çox sevirik”.
Fotolarda cütlüyün qızı Sude də yer alıb. Bundan başqa Məlahət oğlu Uğurun da fotolarını paylaşıb.
Rəşad Əliyev, Bizim.Media