Mərkəzi Bankın bu səlahiyyətləri ARTIRILIR

Mərkəzi Bankın tənzimləmə və nəzarət sahəsində səlahiyyətləri artırılır.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qüvvədə olan qanuna görə, kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun fəaliyyətinin tənzimlənməsi və nəzarəti üzrə Mərkəzi Bank qanunla səlahiyyətinə aid edilmiş məsələlər üzrə normativ xarakterli aktları qəbul edir, qanunla müəyyən edilmiş hallarda və qaydada maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla kredit təşkilatlarında, habelə onların törəmə təsərrüfat cəmiyyətlərində yoxlamalar aparır. 

Layihəyə əsasən isə maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulduğu halda nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsi üzrə Mərkəzi Bank:

- nəzarət subyektlərinin fəaliyyətini, o cümlədən prudensial fəaliyyətini və bazar d davranışını tənzimləyən normativ xarakterli aktlar qəbul edir; 

- nəzarət subyektlərinin fərdi və konsolidasiya əsasında hesabatlarının tərtib və təqdim edilməsi qaydalarını müəyyən edir; 

- nəzarət subyektlərinin sistem əhəmiyyətliliyi meyarlarını müəyyən edir; 

- nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər səlahiyyətləri həyata keçirir. 

Maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulduğu halda nəzarət subyektlərinin fəaliyyətinə nəzarət üzrə Mərkəzi Bank: 

- nəzarət subyektlərinin fəaliyyətinə dair lisenziya və icazələr verir, onları məhdudlaşdırır, dayandırır və ləğv edir; 

- nəzarət subyektlərindən prudensial, statistika, maliyyə və digər hesabatları alır və təhlil edir; 
 
- nəzarət subyektlərində yerində yoxlamalar aparır; 

- nəzarət subyektləri və onların rəhbər işçilərinə qarşı təsir, təshih tədbirləri və sanksiyalar tətbiq edir, habelə nəzarət subyektlərinin fəaliyyətində aşkar olunmuş pozuntuların aradan qaldırılması və ya pozuntulara səbəb ola biləcək halların qarşısını almaq məqsədilə icrası məcburi olan digər göstərişlər verir; 

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə nəzarət etdiyi subyektlərə münasibətdə sahəvi risk qiymətləndirməsini həyata keçirir və risk qiymətləndirilməsinin nəticələrini təhlil edir; 

- nəzarət subyektinə müvəqqəti inzibatçı təyin edir, rezolyusiya tədbirlərini həyata keçirir; 

- nəzarət subyektinin məcburi ləğvi və ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edir; 

- nəzarət subyektlərinə nəzarətlə bağlı digər səlahiyyətləri həyata keçirir. 
 
Mərkəzi Bank nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsi və fəaliyyətinə nəzarətlə bağlı həmçinin aşağıdakı səlahiyyətlərə malikdir: 

- nəzarət tədbirləri çərçivəsində nəzarət subyektinin səlahiyyətli idarəetmə orqanlarının iclaslarının, o cümlədən növbədənkənar iclaslarının keçirilməsini tələb etmək, həmin tələb yerinə yetirilmədikdə səlahiyyətli idarəetmə orqanlarının və daxili komitələrinin iclaslarını çağırmaq və (və ya) həmin iclaslarda müşahidəçi qismində iştirak etmək; 

- nəzarət subyektinin fəaliyyətinin monitorinqi məqsədilə bu Qanunun 53-2-ci maddəsinə uyğun olaraq nəzarət subyektinə səlahiyyətli nümayəndə göndərmək; 

- əsaslandırılmış mülahizədən istifadə etmək; 

- nəzarət subyektlərində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müəyyən etmək və kibertəhlükəsizlik sahəsində nəzarət subyektlərinin fəaliyyətini əlaqələndirmək; 

- maliyyə bazarları sahəsində tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi ilə əlaqədar, o cümlədən lisenziya və icazələrin verilməsi zamanı müraciətlərə baxarkən aidiyyəti dövlət orqanlarına (qurumlarına) sorğu ilə müraciət etmək və onlardan zəruri məlumatları almaq; 

- istehlakçıların və investorların hüquqlarının qorunması məqsədilə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışını həyata keçirmək; 
 
- nəzarət subyektlərinin fəaliyyəti ilə bağlı tövsiyə xarakterli metodoloji sənədlər qəbul etmək; 

- maliyyə bazarlarında istehlakçıların və investorların qanuni maraqlarının pozulması və ya pozulmasına şərait yaradan halların aradan qaldırılması barədə nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər vermək; 
 
- nəzarət subyektinə aidiyyəti olan şəxslərin aşkar edilməsi üçün digər qurumlardan mühüm iştirak payına malik olan şəxslər barədə, habelə həmin şəxslərin cari fəaliyyətinə və hüquqi şəxs olduqda, onların idarə edilməsinə aid lazımi məlumat və sənədləri əldə etmək. 

Mərkəzi Bank maliyyə bazarlarının sabitliyini və dayanıqlılığını qorumaq məqsədilə nəzarət tədbirləri çərçivəsində əldə etdiyi informasiyanın konfidensiallığını təmin edir.
Mərkəzi Bankın tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır. Qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Səudiyyə Ərəbistanı üzərində hava hücumu DƏF EDİLDİ: Yunanıstan İran raketlərini vurdu

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Qədim adət-ənənələrimizi qoruyub saxlayan kənd - Qaratalada Novruz - FOTO/VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Sumqayıtda Novruz tonqalı yandırılarkən partlayış olub, 10 nəfər xəsarət alıb - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Dostları bayramda Azəri unutmadılar - VİDEO

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Qaxda hamamda 54 yaşlı kişinin meyiti AŞKARLANDI

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

Zəngilan və Cəbrayılda Novruz festivalı və yarmarka baş tutdu - FOTO/VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

İran İsraili raket atəşinə tutur, mülki şəxslərdən xəsarət alanlar var - VİDEO

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

Zelenski Rusiyada teleqram qadağasını LAĞA QOYDU: “Teleqrafa, hətta atlara keçəcəklər”

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

Oğuzda 37 yaşlı kişi bıçaqlandı - 68 yaşlı atası saxlanıldı

End of content

No more pages to load

RADİO