Qarabağda müvəqqəti dislokasiya edilən Rusiya sülhməramlıları tərəfindən Xocavənd rayonu ərazisində atəşkəs rejiminin bir dəfə pozulması faktı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 4 iyun tarixli məlumat bülleteninə əsasən itki yoxdur.
Rusiya hərbi komandanlığı Azərbaycan tərəfi ilə və separatçılarla insidentlə bağlı araşdırma apardığını açıqlayıb. Rusiya MN atəşi kimin açdığını açıqlamayıb.
Həmçinin, bildirilib ki, Rusiya sülhməramlıları Xankəndiyə 301 ton humanitar yardımı avtomobil yolu ilə çatdırıblar.
Bizim.Media