“Təəssüf ki, beləsi çoxdur. Amma birini lap yaxından tanıyıram, hətta polisə də vermişəm. Bildiyiniz xəstədir. Hər şey edir ki, mənə bir zərər vursun”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov sosial şəbəkədə hesabında yazıb.
Qeybət edənlər haqqında video yayımlayan sənətçi adını açıqlamadığı şəxsi polisə şikayət etdiyini bildirib:
“Xəbəri yoxdur ki, ömrünə, dəmir barmaqlıqlar arxasından baxmağına çox az qalıb. Sən özün yaxşı bilirsən ki, mənə ilişən ya ölür, ya da içəriyə gedir. Bax və izlə”.
Rəşad Əliyev, Bizim.Media