“Bakı ilə sülh sazişi üzrə danışıqlar ehtiyatlı optimizm yaradır”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan XİN başçısı Ararat Mirzoyan bu gün parlamentdə çıxışı zamanı bildirib.
Mirzoyan qeyd edib ki, sülh sənədinin bəzi maddələri ilə bağlı artıq tərəflər arasında razılaşmalar var, digər tərəfdən razılığın əldə olunması ehtimalı realdır:
“Lakin müqavilənin həyati, əsas məqamları üzrə tərəflərin mövqeləri barədə razılıq hələ də uzaqdır”.
Bizim.Media