Müğənni Türkan Vəlizadə sevgili axtarışına çıxıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi “Şou xəbər” verilişinə müsahibəsində deyib.
T.Vəlizadə bildirib ki, münasibət qurmaq istədiyi şəxsin ən azı 40 yaşı olmalıdır:
“Qarşıma çıxan insan ürəkli olsun. Kənardan çox istəyirəm, sevirəm deyən çoxdur, amma qarşıma çıxan yoxdur. O addımı atan yoxdur. Əslində, sevdiyim insanın yaşca məndən çox böyük olmasını istəyirəm. Öz işini bilən və məsləhət verən insanları sevirəm. Ən azı 40 yaşı olsun. O zaman ailəm daha da möhkəm olar”.
Rəşad Əliyev, Bizim.Media