Dünya bazarında “oynayan” NEFT QİYMƏTLƏRİ – Azərbaycan iqtisadiyyatını nə gözləyir?

Dünya Bankının əmtəə qiymətləri ilə bağlı hesabatında, 2023-cü ilin birinci rübü üzrə neftin orta satış qiyməti açıqlanıb.

Hesabata əsasən, "Brent" markalı neftin orta qiyməti 2023-cü ilin birinci rübündə 81,4 ABŞ dolları olub. Fevral ayında orta qiymət 82,7 dollar, mart ayında 78,5 dollar, aprel ayında isə 84,1 dollar təşkil edib. Bu isə o deməkdir ki, mart ayı ilə müqayisədə aprel ayında neftin orta satış qiyməti 7,1% artıb.

WTI markalı neft isə 2023-cü ilin birinci rübündə 76,1 dollara ticarət edilib.

Dünya Bankının hesablamasına görə, fevral, mart və aprel aylarında WTI neftinin orta qiyməti müvafiq olaraq 76,8 dollar, 73,4 dollar və 79,4 dollar təşkil edib.

Qeyd edək ki, Dünya Bankı 2023-cü ildə "Brent" neftinin qiymətinin 84 dollar, 2024-cü ildə isə 86 dollar təşkil edəcəyini proqnozlaşdırıb. Bankın əmtəə qiymətləri proqnozuna görə, bu il enerji qiymətləri 26%, neftin qiyməti isə 16% azalacaq.

Adıçəkilən hesabatı təhlil edən neft-qaz sahəsi üzrə ekspert İlham Şaban Bizim.Media-ya açıqlamasında bildirib, həqiqətən də aprel ayında “Brent” markalı neftin qiymətində 3 faiz artım müşahidə olunub:

“Orta qiymətin 84,1 dollara qədər artması onunla əlaqədardır ki, məhz aprel ayında “OPEK+” çərçivəsində, mayın 1-dən etibarən dünya bazarlarında gündəlik 1.66 milyon barel neftin çıxarılmasının azaldılması  ilə bağlı gözlənilməz bir qərar qəbul edildi. Bu da bazar iştirakçıları arasında şok effekti yaratdı və təqribən 10 gün neftin qiymətləri yüksək diapazonda davam etdi. 

Sonrakı dövrdə qiymətlərdə enmə baş verdi və mayın 1-dən etibarən neft 80 dollardan da aşağı düşdü. Son 22 gün ərzində isə orta qiymət 75-76 dollar ətrafında dövr etdi. Yəni, aprel ayı ilə müqayisədə təqribən 7,5 faiz azalma baş verib. Bu da beynəlxalq bazarda neft bolluğunun yaşanması ilə əlaqədardır və neftin qiymətlərində artım baş vermir”. 

Yaxın dövr üçün qiymətlərdə artımın olacağı ilə bağlı hansısa bir proqnozun olmayacağını deyən İ.Şabanın sözlərinə görə, ötən həftə G-7 dövlətlərinin Tokio şəhərində baş tutan sammitində gedən müzakirələrə diqqət yetirmək lazımdır:

“Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih Berol müzakirələr zamanı qeyd etdi ki, bu ilin IV rübündə neftin qiymətlərində artım baş verəcək. Səbəbi də, neft sektoruna lazım olan qədər investisiyaların yatırılmaması ilə bağlıdır”.

Qiymətlərin aşağı düşməsinin Azərbaycanın neft gəlirlərinə birbaşa təsir etdiyini söyləyən ekspert, bunun səbəbini ölkəmizdə neftin azalması ilə izah etdi:

“2010-cu ilin III rübündən başlayaraq, Azərbaycanda neft hasilatı azalmağa doğru gedir. Həm qiymətin, həm də neftin azalması, özünü gəlirlərdə göstərir. Ötən il “Azəri-Çıraq-Günəşli” yatağından 9,9 milyard dollara yaxın gəlir əldə edildi ki, bu da dünya bazarında qiymətlərin yüksək olması ilə bağlı oldu. Ancaq Dövlət Neft Fondunun bu ilin 4 ayı ilə bağlı nəticələrinə görə, AÇG yatağından gələn gəlirlər 14,8 faiz azalıb və 2 milyard 468 milyon təşkil edib”. 

Onun sözlərinə görə, azalma sonrakı dövrdə də davam edəcək və qiymətlər ötən illə müqayisədə daha da aşağı düşəcək: 

“Çünki, 2022-ci ildə neftin və qazın qiyməti kifayət qədər yüksək idi və qazın qiymətində rekord həddə çatmışdı. Neftin qiyməti isə 2008-ci ilin rekordunu (148 dollar) yeniləyə bilməsə də, ötən ilin martında 139 dollara qədər qalxmışdı. Ancaq indi 75 dolların ətrafında dövr edir”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

End of content

No more pages to load

RADİO