Rəsmi Bakıdan Ümumdünya Səhiyyə Təşkilatına sərt ETİRAZ

Azərbaycan tərəfi ÜST-nin regiondakı ofislərini bölgədə sülh gündəliyinə doğru aparılan səyləri əngəlləyən hər hansı bir siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə Təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüşdə bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

ÜST pandemiyanın bitdiyini ELAN ETDİ – Bəs ölkəmizdə karantin rejimi nə vaxt ləğv olunacaq?


Qeyd edək ki, mayın 21-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.

Səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb:

“Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir. Ötən müddət ərzində regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib”.

Nazir, həmçinin COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib.

Daha sonra nazir Teymur Musayev son günlər Ermənistan mediasında Ümumdünya Səhiyyə Təşkilatının həmin ölkədəki Nümayəndəliyinin rəsmiləri ilə Ermənistan səhiyyə naziri arasında keçirilmiş görüşdə ÜST rəsmisi tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və mandatdan kənara çıxan fikirlərin yayılmasından narahatlığını qarşı tərəfin diqqətinə çatdırıb.

Hans Kluge məsələyə dair Təşkilatın Ermənistandakı nümayəndəliyi ilə əlaqə saxladığını, Ümumdünya Səhiyyə Təşkilatının Ermənistandakı Nümayəndəliyi ilə səhiyyə naziri arasında keçirilmiş görüşdə Azərbaycana aid heç bir fikir səsləndirilmədiyini, ümumilikdə ÜST-nin dünyada tibb personalına qarşı hücumları pislədiyini bildirib.

Hans Kluge hadisə ilə bağlı hər hansı bir məlumatın ÜST-nin rəsmi internet səhifəsində yayımlanmadığını vurğulayıb.

Görüşdə Azərbaycan tərəfi ÜST-nin regiondakı ofislərini bölgədə sülh gündəliyinə doğru aparılan səyləri əngəlləyən hər hansı bir siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə Təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırıb.

Hans Klüge ÜST-nin öz fəaliyyətini siyasiləşdirmədən bitərəf və qərəzsiz şəkildə bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Həcc ziyarəti üçün YERLƏR DOLDU

Həcc ziyarəti üçün YERLƏR DOLDU

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Tehranda ZƏLZƏLƏ OLDU

Tehranda ZƏLZƏLƏ OLDU

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Tramp İrana təşəkkür etdi – FOTO

Tramp İrana təşəkkür etdi – FOTO

Neft kəskin UCUZLAŞDI

Neft kəskin UCUZLAŞDI

Boşanıb türbə ziyarətinə getdi

Boşanıb türbə ziyarətinə getdi

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

SON DƏQİQƏ! İran Hörmüz boğazını açdı - FOTO

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

Ərdoğan: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı irəli aparırıq”

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

"Pasport 40, mən isə 25 deyirəm" - Fotolar

Hava yenə dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏN

Hava yenə dəyişir: Dolu düşəcək, qar yağacaq – BU TARİXDƏN

Sürücülük hüququ olmayan sərxoş kişi postda TUTULDU

Sürücülük hüququ olmayan sərxoş kişi postda TUTULDU

İlham Əliyev Pakistanın Baş naziri ilə görüşdü – FOTO

İlham Əliyev Pakistanın Baş naziri ilə görüşdü – FOTO

End of content

No more pages to load

RADİO